Biznesmen kəndi sakinlərlə birgə satışa çıxardı

Biznesmen kəndi sakinlərlə birgə satışa çıxardı
 Rusiyada Krasnoyarsk vilayətində bir biznesmen kəndi sakinlərlə birlikdə satmaq üçün elan verib. 
 

Sfera az bildirir ki, yeni sabah-ın RİA-ya istinadən xəbərinə görə, İstintaq İdarəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib ki,  Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Krasnoyarsk İstintaq idarəsinin rəhbərliyinə kəndi sakinləri ilə birlikdə satmağa çalışan yerli iş adamı haqqında mediada yayılan məlumatların yoxlanılmasını tapşırıb.

"Aleksandr Bastrıkin ərazi istintaq idarəsinin rəhbərliyinə KİV-lərdə səsləndirilən dəlillərin doğruluğunu diqqətlə yoxlamaq və vəziyyət barədə İstintaq Komitəsinin mərkəzi aparatına məlumat verməyi tapşırıb”, - deyə Petrenko bildirib.

Qeyd edək ki, KİV-də Krasnoyarsk vilayətindən olan sahibkarın özünü Vasilyevka kəndinin sahibi elan etdiyi və kəndi satışa çıxardığı barədə xəbər yayılıb.

O, ferma, anbar və yaşayış evlərini orada yaşayan insanlarla birgə müştərilərə təklif edib.



OXŞAR XƏBƏRLƏR

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...