Azərbaycanlı idmançı dopinqə görə 12 illik diskvalifikasiya olundu

Azərbaycanlı idmançı dopinqə görə 12 illik diskvalifikasiya olundu
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə son ildə Azərbaycanda baş vermiş dopinq qalmaqalları ilə bağlı məlumat verilib. Qeyd olunub ki, 2019-cu ildə 1350 dopinq testi keçirilib. Onlardan 549-u yarış müddətində, 801-i isə yarışdan kənar müddətdə götürülüb.
 
Bildirilib ki, il ərzində 16 qayda pozuntusu aşkar olunub. Lakin bu,tam dəqiq rəqəmlər deyil. Qarşıdakı aylarda bütün testlərin nəticələri bəlli olacaq. İlkin rəqəm 2017 və 2018-ci illərlə müqayisədə daha azdır. Cari ildə aşkarlanan qayda pozuntularının 4-ü ağır atletikada, 4-ü boksda, 2-si karatedə, 2-si güləşdə, 1-i atıcılıqda, 1-i samboda, 1-i cüdoda, 1-i yüngül atletikada qeydə alınıb.

Antidopinq pozuntularının növləri isə belədir: 13 pozuntu qeyri-əlverişli analiz nəticəsi, 2 pozuntu testdən imtina, 1 dopinq nəzarət prosesinə müdaxilə.

AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, 1 idmançı iki dəfə dopinqə yaxalandığına görə 12 illik idmandan uzaqlaşdırılma cəzası alıb. O, həmçinin qeyd edib ki, federasiyalar bəzən onların işinə mane olur: "Bəzi federasiyalar işimizə mane olur. Lakin yavaş-yavaş anlayırlar ki, düzgün mövqe tutmaq lazımdır. Bir də bəzi idman zallarında dopinq tərkibli maddələr satılır. Bununla bağlı hüquq-mühafizə orqanları ilə danışmışıq. Birlikdə bu mövzuda işlər görəcəyik”.

Qurum rəsmisi deyib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılara dopinqlı bağlı təlimlər keçiriləcək. AMADA rəhbəri 12 illik dikvalifikasiya alan idmançının adını açıqlamayıb: "İş apelyasiyada olduğu üçün adı açıqlaya bilmərik”.

Şəfəq Hüseynli Beynəlxalq Antidopinq təşkilatının azərbaycanlı Amerika futbolu ilə məşğul olan idmançının dopinqə yaxalanması ilə bağlı məlumata münasibət bildirib. O, təşkilatın yanlışlığa yol verdiyini bildirib: "Türkiyənin Sakarya Universitetinin tələbəsi Anar Mirzəzadə 5 dopinqə yaxalanıb. O, Türkiyə adından çıxış edir, amma niyə Beynəlxalq Antidopinq təşkilatı onu azərbaycanlı olaraq təqdim edib, bunu bilmirik”.


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...