Britaniya kral ailəsi Milad açıqcasını təqdim etdilər - FOTO

Britaniya kral ailəsi Milad açıqcasını təqdim etdilər - FOTO

38 yaşlı Şahzadə Meqan Markl və 35 yaşlı Şahzadə Harri cütlüyü Milad bayramı ilə əlaqədər açıqcanı təqdim ediblər.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, Milad açıqcası "The Queen's Commonwealth Trust” (Kraliça Birliyi Güvəni) adlı xeyriyyəçilik təşkilatının "Twitter” hesabında paylaşılıb.

"Ailəmiz ailələrinizə şən bir Milad və xoşbəxt Yeni il arzulayır”, - deyə Meqan və Harri qarşıdan gələn Milad bayramı ilə hər kəsi təbrik ediblər.

Milad açıqcalarının əsas personajı cütlüyün yeddi aylıq oğlu Arçi olub. Arxa fonda isə Milad ağacının yanında oturan Arçinin valideynləri ikinci dərəcəli rolda olublar.

Diqqətçəkən məqam isə açıqcanın ağ-qara rəngdə olması və "gif” formatında  təqdim olunmasıdır.

Kral ailəsinin müxbiri Omid Kobinin verdiyi məlumata görə, foto "Səhər şousu” serialında Cennifer Eniston və Riz Uizerspun ilə rol alan aktrisa Yanina Qavankar tərəfindən lentə alınıb.


OXŞAR XƏBƏRLƏR

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...