Diyetoloqdan bayram günlərinə dair tövsiyələr

Diyetoloqdan bayram günlərinə dair tövsiyələr

Yeni il tətillərində qida çeşidlərinin bol olması insanların mədəsində ağırlığa səbəb olur, həzm prosesində fəsadlara gətirib çıxarır.  

Ren.tv məlumat verir ki, diyetoloq Yekaterina Burlayeva bayram günlərində düzgün qidalanmağın bəzi şərtlərini açıqlayıb.

Həkim bildirir ki, mütləq olaraq faydalı və zərərli məhsul yoxdur, vacib olan uyğunluq və qəbul miqdarıdır. Mütəxəssisin fikrincə tərkibində yüksək yağ tərkibi olan məhsullar bayram süfrəsində  üstünlük təşkil etməməlidir. Bu təhlükəli qidalara qızardılmış ət, mayonez, tərkibində yüksək miqdarda yağ olan salatlar, balıq dilimləri və kürü daxildir.

Diyetoloq məsləhət verir ki, birinci şərt yemək və içkilərə qarşı düzgün davranmaqdır; aşağı kalorili qidalardan, şəkərsiz içkilərdən, limon suyu sıxılmış sadə sudan istifadə etmək məqsədəuyğundur.

Eyni zamanda, spirtli içkilərdən zəhərlənmə halının qarşısını almaq üçün alkoqol içkilərindən istifadəni nəzarətdə saxlamaq tövsiyə olunur. (oxu.az)   



OXŞAR XƏBƏRLƏR

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...