İlin ən dəbli qadınlarının adları açıqlandı - FOTO

İlin ən dəbli qadınlarının adları açıqlandı - FOTO

"Vogue” jurnalı britaniyalı top-model və aktrisa Naomi Kempbelli 2019-cu ilin ən dəbli qadını seçib. 

Jurnalistlər bildiriblər ki, son 12 ayda modelin qarderobunda "Valentino”, "Versace” və "Alexander McQueen” brendlərindən geyimlər yer tutub.

Bu barədə Lenta.ru xəbər yayımlayıb.

Bildirilir ki, ən zövqlü məşhurların tam siyahısı "Vogue”nin saytında dərc olunub.

Jurnalistlər aktrisanın "Fashion For Relief” xeyriyyə tədbirində geyindiyi "Mugler”dən lələkli və dərin dekolteli paltarı xüsusi qeyd ediblər.

Reytinqdə, həmçinin ingilis kinoaktrisa Cemma Çan da yer tutub. Jurnalın məlumatına görə, stilist Rebekka Korbin-Mürreyin köməyi ilə aktrisa rahat olduğu qədər məftunedici obraz yarada bilib.

Bundan sonra siyahıda amerikalı müğənni və dizayner Rihannanın adı gəlib. O, təkcə özünün dəbli "Fenty” brendinə görə yox, həm də dünya markaları ilə əməkdaşlıqda iştirak etdiyi və təcrübəsiz dizaynerlərin inkişafına kömək etdiyi üçün ən dəbli qadın statusunu alıb.

Adıçəkilən ulduzlara "Flibeq” serialındakı rolu ilə tanınan britaniyalı aktrisa Fibi Uoller-Bric qoşulub. Filmin bir epizodunda Uoller Bric "TopShop” mağazasında satın alınan qara geyimdə görünür. Serial yayımlandıqdan sonra eyni nümunələr dərhal satılıb.

Ən dəbli qadınlar siyahısında ilk beşliyi model Advoa Aboah bağlayır. "Vogue”yə görə, son bir ildə Aboahın ən yaxşı obrazı sentyabr ayında London Moda Həftəsində geyindiyi paltar olub. Çəhrayı rəngli "Molly Goddard” brendinin paltarında olan model geyimini "Gucci” çiyin çantası və qara rəngli "Chanel” ayaqqabıları ilə tamamlayıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.   Sfera.az xəbər ...