ABŞ-a köçdüyü deyilən Zeynəb Xanlarovanın yeni görüntüsü - VİDEO

Maqazin
20:00 / 24.12.2019
2335
Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüsü yayılıb.
Sfera.az axşam.az-a istinadən bildirir ki, videonu Əməkdar artist Rəşad İlyasov İnstaqram səhifəsində yayımlayıb. O bildirib ki, Xanlarova AzTV-nin yeni il çəkilişinə gəlib.
Müğənni iki pərəstişkarı ilə obyektiv qarşısına keçərək "Mənə olan sevgilərindən soyadlarını dəyişib Xanlarova ediblər. Bu sevgi üçün yaşayıram. Mən beş-altı insan üçün yaşamıram" sözlərini deyib.
Qeyd edək ki, Z.Xanlarova ilə bağlı son günlər bir çox xəbərlər yayılıb. Onun Amerikaya köçdüyü, orada biznes qurduğu bildirilib.