"Xəstəxanadayam, 3 sistem köçürülüb"

Maqazin
18:00 / 24.12.2019
2038
Teleaparıcı Günay Qələndərli xəstəxanaya yerləşdirilib.
Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, o, xəstəxana görüntülərini sosial şəbəkədə paylaşıb.
Bir neçə gündür soyuqladığını bildirən Günay dünən halının daha da pisləşdiyini deyib:
"Dilavəri də anamgilə göndərdim ki, uşağa xəstəlik keçməsin. Üç saatdır xəstəxanadayam, 3 sistem köçürülüb. İnşallah, yaxşı olaram. Bu virus ağır keçdi. Adam xəstə olanda boğazından yemək də keçmir".
Qeyd edək ki, Günay Zaur Baxşəliyevlə ailəlidir. Cütlüyün Dilavər adlı bir qız övladı var.