Aygün Kazımova ilk dəfə ən böyük arzusunu açıqladı - VİDEO

Maqazin
12:50 / 23.12.2019
2334
Aygün Kazımova konsert verir, dərdə düşür, paltarlarına baxıb, fikirdən səhərə kimi yata bilmir.
Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV Maqazin 10-larla” proqramında deyib.
Sənətçi indiyə kimi geyindiyi bütün libaslarını xüsusi "anbar”da saxladığını bildirdi:
"Geyimlərimi saxlamaq mənim üçün böyük bir dərddir. Onları geyimlər üçün nəzərdə tutulan xüsusi "anbar”da saxlayıram. Dəhlizdə özümə böyük dolab tikdirmişəm. Evdə paltar əlindən yer yoxdur”.
Verilişdə Xalq artisti ən böyük arzusunu da dilə gətirib:
"Mənim ən böyük arzum geniş evimin olmasıdır. Məhz 2020-ci ildə bunu özümə arzu edirəm”. (oxu.az)