Röya Ayxan: Hüseyn mənimlə ingilis dilində mahnı oxumaq istəyir

Röya Ayxan: Hüseyn mənimlə ingilis dilində mahnı oxumaq istəyir

Oğlum mənimlə ingilis dilində mahnı oxumaq istəyir.

Sfera.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq artisti Röya Ayxan deyib.

"Zima-2019” Beynəlxalq Uşaq Festivalında iştirak etməyimin səbəbi həm dostlarımın uşaqlarının orada iştirak etməsi, həm də Hüseynin musiqini sevməsidir. Neçə gündür ingilis dilində musiqi seçir. Mahnını gətirib deyir ki, gəl, oxuyaq. Deyirəm, indiyə kimi ingilis dilində oxumamışam, bundan sonra sənə görə oxuyum?

Ona başa salıram ki, ana-bala olsaq da, bəzən bir-birimizi başa düşmürük. Onun düşüncəsi ingilislərə daha çox uyğundur. Çünki Hüseyn iki yaşından ingilisdilli məktəbdə oxuyur. İnanın ki, altı aylığından ingilis dilində cizgi filmlərinə baxırdı. İndi ona mahnını hiss etməsəm, oxuya bilməyəcəyimi başa salıram. Mən rus dilini başa düşməsəm də, mahnıları oxuyanda ağlayıram. Nə vaxtsa bir ingilis də Röyaya görə ağlayar”, - deyə Xalq artisti bildirib.

 

Barışıqlardan söhbət açan Röya Ayxan qeyd edib ki, onunla eyni dövrdə səhnəyə gəlmiş həmkarları ilə heç vaxt mübarizə aparmayacaq:

"Artıq il bitir. Barışıqlar da olur. Mənim üçün də çox gözəl il başladı. Özüm-özümə deyirəm ki, xeyli çətinliklərdən keçdiyim üçün hər kəsə ilk addımı mən atmalıyam.

Allah məni o qədər ucaldıb ki, cılız, lazımsız və ucuz söhbətlərə baxmağa haqqım belə yoxdur. Buna ürəyim də icazə vermir. Qadın həmkarlarımla küsülü olmaq istəmirəm. Amma prinsiplər olduğu zaman sakit deyiləm. Ortada səmimiyyət yoxdursa, dost da ola bilmirəm.

Mənimlə eyni nəsildə doğulanlara, eyni düşünənlərə heç vaxt pis mübarizə aparmaram. Bu sənətdə olan qadın dostlarıma daha böyük hörmətim olacaq. Mən nə qədər böyüyürəmsə, o qədər də kiçilirəm. 

Kiçikliyimi yerindəcə bildirən biriyəm. Ona görə də hamını təbrik edib, uğurlar və sədaqət arzulayıram. Başqa şeylər boşdur. Bir zamanlar mənim qarşımda qılınc oynadanların indi heç biri yoxdur”.  

 Xalq artisti makiyajdan bezdiyi üçün saçlarını əvvəlki formasına qaytardığını əlavə edib:

"Bu saçlarla çox rahatam. Çünki bu saçlar az makiyaj tələb edir. Mənə daha çox buruq və ya qısa saç yaraşır. Uzun saçları gözəllik və çəkiliş üçün edirdim. Heç kim məni aylarla uzun saçda görməyib. 

Ümumiyyətlə, hamı mənim obraz insanı olmadığımı bilir. Mən dəli və əsəbi biriyəm. Hətta kinoya çəkilməyimi belə istəyirlər. Amma mən bunu edə  bilmərəm. Çünki əhvalım olmadığı zaman zəng vurub istəmədiyimi deyəcəm. Həmçinin, evdə belə bir şey olduğu zaman çəkilişə getməyəcəm. Gedilmədiyi zaman da cəriməni ödəmək lazımdır. Ona görə də elə şeylərə getmirəm”.


OXŞAR XƏBƏRLƏR

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.   Sfera.az xəbər ...