Bu şəxslərin əməkhaqqı artıb – 845 MANAT

Bu şəxslərin əməkhaqqı artıb – 845 MANAT

Bakıda 2019-cu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq, 845,1 manat təşkil edib.

Sfera.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Statistika İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, 2019-cu ilin oktyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 923,8 manata çatıb.

Bu isə ötən ilin oktyabr ayı ilə müqayisədə 21,2 faiz çoxdur.

Artım Prezidentin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması ilə əlaqədardır.

Həmçinin dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi, bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsinin nəticəsidir. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz t...

Gəncədə axtarışda olan şəxs polisə silahlı müqavimət göstərdi

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa...

“Baza” Teleqram kanalının baş redaktoru barədə qərar verildi

Rusiyada “Baza” Teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qərarı verilib.   Sfera.az xəbər verir ki, bu barədə R...

Buzovnada dənizdə bir nəfər batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) &...

Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib

Kiyevə ilk səfərini edən İsrailin xarici işlər naziri Gideon Saar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu ba...

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...