“Onlardan elə heyif çıxıram ki, heç vaxt...” - Rəksanə hədələdi

Maqazin
11:20 / 23.12.2019
1698
Müğənni Rəksanə İsmayılova "ATV maqazin onlarla” verilişinin "33 sual” rubrikasında prodüser Təranə Səmədova haqda açıqlama verib.
Sfera.az xəbər verir ki, ifaçı onu heç vaxt bağışlamayacağını və haqqını halal etmədiyini deyib.
"Onu bağışlayardım. Çox səhvini bağışlamışam. Aysuna qarşı etdiyi hərəkətlərinə görə bunu heç vaxt etməyəcəm. Heç halallıq da vermirəm. Həyatda mənə qarşı nə edirsən et, amma övladlarıma toxunma. Onlardan elə bir heyif çıxıram ki, heç vaxt bilməz ki, bu zərər ona məndən dəyib. Ona o qədər zərbə dəyib ki... Artıq ehtiyac yoxdu” - deyə, Rəqsanə İsmayılova bildirib.