Tramp hərbi büdcəni təsdiqlədi - 738 milyard nəyə xərclənəcək?

Tramp hərbi büdcəni təsdiqlədi - 738 milyard nəyə xərclənəcək?

ABŞ prezidenti Donald Tramp 2020-ci maliyyə ili üçün 738 milyard dollar həcmində müdafiə büdcəsini imzalayıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu 2019-cu maliyyə ili ilə müqayisədə 716 milyard dollar və ya  3,1% çoxdur. 

Pentaqonun əsas ehtiyacları üçün 635 milyard dollar, Əfqanıstan, Suriya və Yəməndə hərbi əməliyyatların davam etdirilməsi və digər ölkələrdə terrorçulara qarşı mübarizə üçün isə 71,5 milyard dollar ayrılıb. 

31,5 milyard dollar məbləğində vəsait ABŞ-ın Energetika Nazirliyi vasitəsilə nüvə silahlarının döyüş hazırlığının qorunmasına və onların modernləşdirilməsinə, eləcə də digər müdafiə ehtiyaclarına sərf olunacaq. "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyalar və Ukraynaya hərbi yardım daxil edilib.

İlk dəfə ABŞ qoşunlarının müstəqil bir növü olaraq Kosmik Qüvvələrin yaradılması da büdcədə öz əksini tapıb. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...