Gürcüstanda azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb

Gürcüstanda azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb
Tbilisi Polis Departamentinin və İsani-Samqorsk idarəsinin əməkdaşları müştərək əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisidə Rusiya vətəndaşı, 1999-cu il təvəllüdlü Elçin İ. saxlayıblar.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir.  
 "İstintaq müəyyən edib ki, Elçin İ. öz yoldaşları ilə birgə 19 fevral tarixində 1998-ci il təvəllüdlü Samirə Bayramovanı qaçırmaqda təqsirli bilinir. O, Samirəni evlənmək məqsədilə qaçırıb”, - DİN yaydığı məlumatda deyilir.
İstintaq Gürcüstan CM 143-cü maddəsinin 3-cü bəndinin "a” və "b” hissələri (qanunsuz azadlıqdan məhrum etmə, əvvəlcədən razılaşdırılaraq bir qrup tərəfindən azyaşlıya qarşı törədilən cinayət) üzrə aparılır.

OXŞAR XƏBƏRLƏR