“FINCA Azerbaijan” Balakəndə fəaliyyətə başladı

“FINCA Azerbaijan” Balakəndə fəaliyyətə başladı
 

"FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Balakəndə yeni filialını açıb. Bu filial vasitəsi ilə Balakən, Zaqatala, Qax və Şəki rayonlarından olan müştərilərə kredit məhsulları təklif olunur.

Balakən şəhəri, M.Əsədov küçəsi 3 A ünvanında fəaliyyət göstərən yeni ofis öz işini irəli aparmaq istəyən kiçik sahibkarların FINCA-nın maliyyə xidmətlərindən faydalanmağa imkan verəcək.

"FINCA Azerbaijan” bu il filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində 9 yeni filial açaraq ofislərinin ümumi sayını 14-ə çatdırıb. FINCA növbəti ildə daha 8 filial açılmasını planlaşdırır.

Qeyd edək ki, FINCA ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfatı üzrə kreditlər təklif edir. Kredit müraciətlərini 055 455 29 29 nömrəsinə zəng etməklə və ya watsapp nömrəsinə yazmaqla sifariş etmək olar. Bundan başqa, müştərilər www.finca.az saytı vasitəsi ilə kredit üçün onlayn qaydada müraciət edə bilərlər.

"FINCA Azerbaijan” haqqında

"FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib "FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. "FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Əlavə məlumat üçün www.finca.az saytını ziyarət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz t...

Gəncədə axtarışda olan şəxs polisə silahlı müqavimət göstərdi

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa...

“Baza” Teleqram kanalının baş redaktoru barədə qərar verildi

Rusiyada “Baza” Teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qərarı verilib.   Sfera.az xəbər verir ki, bu barədə R...

Buzovnada dənizdə bir nəfər batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) &...

Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib

Kiyevə ilk səfərini edən İsrailin xarici işlər naziri Gideon Saar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu ba...

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...