"Muğanbank" cərimələnib

 

Bakı Apellyasiya Məhkəməsində "Muğanbank" ASC-nin inzibati qaydada cərimə edilməsi barədə qərardan şikayətə baxılıb.

Sfera.az xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, "Muğanbank"ın şikayəti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilərək 300 manat cərimə edib.

"Muğanbank" ASC 1992-ci ildə yaradılıb.


OXŞAR XƏBƏRLƏR

Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz t...

Gəncədə axtarışda olan şəxs polisə silahlı müqavimət göstərdi

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa...

“Baza” Teleqram kanalının baş redaktoru barədə qərar verildi

Rusiyada “Baza” Teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qərarı verilib.   Sfera.az xəbər verir ki, bu barədə R...

Buzovnada dənizdə bir nəfər batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) &...

Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib

Kiyevə ilk səfərini edən İsrailin xarici işlər naziri Gideon Saar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu ba...

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...