Analitiklər: Dollar dəyərdən düşəcək

Analitiklər: Dollar dəyərdən düşəcək

Bir neçə xarici investisiya bankı, 2020-ci ildə dolların kursunun aşağı düşəcəyini proqnozlaşdırıb.

"Financial Times”ın xəbərinə görə, bu barədə "Deutsche Bank”, "Goldman Sachs”, "Bank of New York Mellon”, "Citigroup”, həmçinin, "BlackRock” investisiya şirkətinin analitikləri proqnoz verib.

Onlar ABŞ valyutasının orta dərəcədə ucuzlaşmasının səbəblərini qlobal iqtisadi artım tempi, investorların riskli aktivlərə olan marağı ilə əlaqələndirirlər.

 

Eyni zamanda, ABŞ Federal ehtiyyat sistemi kursu mövcud səviyyədə saxlamağa davam etmək və ya daha da aşağı salmaqla buna təsir edir.

Analitiklərin fikirlərinə əsaslanan konsensus qiymətləndirməsi, avronun gələn ilin sonuna hazırkı 1,1 dollara qarşı 1,16 dollar olacağını proqnozlaşdırır.

Eyni zamanda, "JPMorgan Chase” investisiya bankının işçiləri qeyd edirlər ki, 2020-ci ildə qlobal iqtisadiyyat ABŞ artımının yavaşlaması səbəbindən çətinliklərlə üzləşə bilər. Digər ölkələr ABŞ-ı dünya lideri olaraq əvəz edə bilməzlər.

Bununla yanaşı, bu təşkilatın analitikləri də dolların bir qədər zəifləməsini - gələn ilin sonuna qədər avroya nisbətində 1,14-ə qədər azalacağını proqnozlaşdırırlar. (oxu.az)

Gələcəkdə diqqət çəkəcək valyutalar sırasında Kanada və Yeni Zelandiya dolları ilə yanaşı, funt sterlinq də var.


OXŞAR XƏBƏRLƏR

Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz t...

Gəncədə axtarışda olan şəxs polisə silahlı müqavimət göstərdi

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa...

“Baza” Teleqram kanalının baş redaktoru barədə qərar verildi

Rusiyada “Baza” Teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qərarı verilib.   Sfera.az xəbər verir ki, bu barədə R...

Buzovnada dənizdə bir nəfər batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) &...

Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib

Kiyevə ilk səfərini edən İsrailin xarici işlər naziri Gideon Saar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu ba...

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...