Arvadını öldürdü, üç gün azyaşlı qızı ilə meyit olan evdə yaşadı

Arvadını öldürdü, üç gün azyaşlı qızı ilə meyit olan evdə yaşadı

Türkiyənin İstanbul şəhərində kişi arvadını öldürdükdən sonra azyaşlı qızı ilə üç gün meyit olan evdə yaşayıb.

İHA-nın xəbərinə görə, Esenyurtda Elif Özde Uzunu evində bıçaqlayıb öldürən Ərhan Taslının məhkəməsi olub.

Arvadının telefonuna gələn mesaja görə qısqanclıq zəminində onu öldürən Ə.Taslı ifadəsində qadının xəyanəti etiraf etdiyini bildirib.

 

"Qəzəblənib mətbəxə getdim və bıçaq götürdüm, sonrası yadımda deyil, peşmanam. Qızımı anasız qoymamalıydım”, - deyən şəxs hadisəni törədəndən sonra E.Özdənin əllərini bağlayaraq üstünü örtüb.

Daha sonra üç gün azyaşlı qızı Sudə ilə anasının cəsədi olan evdə yaşayan həmin şəxs özü polisə təslim olub.

Mərhumun bacısı Fatma Parim ifadəsində bildirib ki, Ə.Taslı onun əllərini bağlayaraq bıçaqlayıb, yoxsa 1.90 sm. boyu, 150 kq. çəkisi olan mühafizəçi işləyən bacıma gücü çatmazdı.

İş üzrə şahid olan şəxslər dindirilmədiyi üçün məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb. Həmin şahidlərin dindirilməsinə və bu müddət ərzində təqsirləndirilən Ə.Taslının həbsdə qalmasına qərar verilib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...