Azərbaycanda əcnəbi futbolçu qarət edildi

Azərbaycanda əcnəbi futbolçu qarət edildi

Bakıda "Zirə” komandasının afrikalı futbolçusu soyulub. Hadisə Bakının Səbail rayonunda baş verib. Afrikalı futbolçunu dilənçilər qarət edib.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az Səbail rayonu Polis İdarəsinə istinadən xəbər yayır.

Məlum olub ki, 37 yaşlı paytaxt sakini Məmmədov Hüseynov polisə müraciət edib.

O bildirib ki, dekabrın 17-də saat 16:50-də Nigar Rəfibəyli küçəsində, 14 saylı binanın yaxınlığında iki dilənçi Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvana yaxınlaşıb. Onlar gedəndən sonra afrikalı cibindən 500 və 15 manat pul oğurlandığını aşkar edib.

Bununla əlaqədar 9-cu Polis Bölməsi araşdırmalara başlayıb.

Qeyd edək ki, əcnəbi futbolçu "Zirə” futbol klubunda 23 nömrə altında çıxış edən hücumçudur.



OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...