ADIF: Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək

ADIF: Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək
Hazırda hesabımızda 70 mln. manat vəsait var və pulumuz bitən kimi Azərbaycan Mərkəzi Bankından (AMB) borc alacağıq. 
Sfera.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.
A. Cavadov bildirib ki, sığorta hadisəsi baş verən bankların əmanətçilərinə hər gün təxminən 7 mln. manat kompensasiya ödənilir:
"Agent bankların hesabına da pulları köçürmüşük və bundan əlavə 70 mln. manat pulumuz var.
Bu gedişlə təxminən 10 günə Fondun pulu bitəcək. Paralel olaraq biz Mərkəzi Bankla danışıqlar aparırıq. Pulun alınması Mərkəzi Bankla razılaşdırılıb və Fondun pulu bitdikdə biz borc alacağıq”.
İcraçı direktor deyib ki, AMB-dən vəsaitin cəlb edilməsi qısa müddət üçün nəzərdə tutulub və həmin kreditin məbləği və faiz dərəcəsi dəqiqləşdirilir.
A.Cavadov qeyd edib ki, "TexnikaBank”ın əmanətçilərinə 123 mln. manat kompensasiya ödəniləcək:
"”TexnikaBank"da bizə təqdim edilən 123 166 426 manat qorunan əmanətlərin hamısı kompensasiya ediləcək. "Bank of Azerbaijan"ın isə əmanətçilərinə ödəmələrin 95%-i bitib. İndi bu bankın əmanətçilərinə gündəlik 150-200 min manat kompensasiya ödənilir”.
Qeyd edək ki, ADIF-in icraçı direktoru bir müddət əvvəl keçirdiyi mətbuat konfransında "TexnikaBank"ın əmanətçilərinin sığortalanan əmanətlərinin 79,344 mln. manatlıq hissəsinin qaytarılacağını, digər 43,8 mln. manatlıq hissəsinin isə qaytarılması ilə bağlı araşdırıma aparıldığını açıqlamışdı.

OXŞAR XƏBƏRLƏR

“İTV-də o verilişi görəndə kanalı çevirirəm” - VİDEO

““İctimai” televiziya bu yeni mövsümünü “Vətəndaş A” serialı ilə açdı. Bu ekran əsəri 12 bölümdən ibarətdir. “Vətəndaş A&rdq...

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt AÇIQLANDI

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Age...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...