Bakıda 2 avtobus toqquşdu - 1 ölü, xeyli yaralı var+Yenilənib

Bakıda 2 avtobus toqquşdu - 1 ölü, xeyli yaralı var+Yenilənib
Bakıda sərnişin avtobusu qəzaya düşüb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.
Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.


***
Nizami RPİ-dən "Qafqazinfo"ya bildirilib ki, qəzaya düşən hər iki nəqliyyat vasitəsi marşrut avtobusudur. Biri 62, digəri isə 36 saylı marşrutdur. Qəzaya səbəb isə avtobuslardan birinin qırmızı işıqda keçməsidir. 
***
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, hadisə bu gün səhər saat 09:48 radələrində baş verib:
"13 nəfər yaralanıb. Dünyasını dəyişən şəxsin kimliyi hələ məlum olmasa da, təxminən 50 yaşında kişidir. Yaralılar isə 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriliblər.
***
Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi açıqlanıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzada 62 saylı avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.

OXŞAR XƏBƏRLƏR