“Bakıdan nə alım, neft?” - Rusiyalı müğənni
Gürcü əsilli tanınmış rusiyalı müğənnisi İrakli Pircxalava "Robinzon və 9 Cümə” bədii filminin təqdimat mərasiminə qatılıb.
"Qafqazinfo”nun məlumatına görə, sənətçi təqdimatdan öncə jurnalistlərin suallarını cavablandırıb.
İrakli Pircxalava Bakı barədə təəssüratlarını bölüşüb:
"Bakı tarixi bir şəhərdir. Bu gün axşam Tiflisə yola düşürəm, sabah isə Moskvaya səfər etməyi düşünürəm. Bu səbəbdən Bakını gəzmək imkanım olacaq”.
"Bakıdan özünüzə nə alacaqsız?”- sualına sənətçi "Nə məsləhət görürsüz, neft?”- deyə cavab verib.
İrakli açıqlamasında Azərbaycandan Emin Ağalarov və Manana Caparidzeni tanığını vurğulayıb.
Müğənni-aktyor Azərbaycan-Gürcüstan münasibələrinə də toxunub:
"Biz qonşu ölkələrik, bizi bağlayan çox şey var. Bir-birimizə qarşı göstərdiyimiz mehriban münasibətləri bərkitməliyik. Təxminən 20 il əvvəl dostluq edən insanlar arasında faciəli hadisələr baş verdi.
Məsələn, belə bir faciə bizimlə abxazlar arasında yarandı. Mən indi də Abxaziyanı xatırlayıram".

