“Unibank”ın bütün bankomatları üçfunksiyalı oldu

“Unibank”ın bütün bankomatları üçfunksiyalı oldu
 
Unibank ATM-lərini yeniləyərək üç funksiyalı edib. İndi bankın bütün bankomatları cash-in
(mədaxil), cash out (məxaric) və valyuta mübadiləsi imkanına malikdir. Unibank hazrda
ölkəmizdə bütün ATM-ləri üç funksiyanı özündə birləşdirən bankomat şəbəkəsinə malik ilk
bankdır.
Bütün ATM şəbəkəsinin həm pul daxil etmək, həm pul çıxarmaq, həm də valyuta mübadiləsi
imkanı olan bankomatlarla əvəzlənməsi, "Unibank”ın rəqəmsal bankçılığın inkişafı
istiqamətində daha bir addımıdır. Məqsəd, müştərilərə daha geniş innovativ xidmətlər təklif
etməkdir. Yalnız cash-out imkanı verən əvvəlki bankomatları əvəz edən yeni qurğuların interfeys
rahatlığından tutmuş, cash-in, cash out və valyuta mübadiləsi funksiyalarınadək bir çox
üstünlükləri var. Bu funksiyaların bir aparatda birləşdirilməsi isə müştərinin rahatlığını
artırmaqla yanaşı, onu banka gəlmək, növbədə gözləmək, daha çox vaxt itirmək, ayrı-ayrılıqda
bankomat və cash in axtarmaq kimi qayğılardan azad edir. Yəni bütün bu əməliyyatlar üçün
lazım olan funksiyalar indi bir aparatda - yeni bankomatlarda birləşdirilib.
Yeni interfeys, ekranın touch screen olması və xüsusi qoruyucu örtüklə təchiz edilməsi, həm
rahatlıq, həm də əlavə təhlükəsizliyi təmin edir. Yeni ATM-lərdə mədaxil etmək daha rahatdır,
çünki cash-in qurğusundan fərqli olaraq əskinasları aparata bir-bir salmağa ehtiyac yoxdur. Yeni
bankomat birdəfəyə 300 ədəd əskinas mədaxil etmək, 210 ədəd əskinası isə məxaric etmək
funksiyasına malikdir. Qurğunun valyuta mübadiləsi funksiyasına malik olması, müştərilərin bu
sahədəki tələbatını ödəmək üçün çox vacib əhəmiyyətə malikdir. Müştərilər rahat şəkildə dollar
və manat arasında qarşılıqlı valyuta mübadiləsi edə bilirlər.
Yeni bankomatlarda "Unitransfer” pulköçürmə sistemi vasitəsi ilə göndərilən vəsaiti
nağdlaşdırmaq da mümkündür.

OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...