“Günay Sığorta” dan yeni məhsul - 3D əmlak sığortası

“Günay Sığorta” dan yeni məhsul - 3D əmlak sığortası
 

"Günay Sığorta” 3 sığorta məhsulundan ibarət olan 3D əmlak sığortası paketini təqdim edir. Məhsul Bakı şəhərində yerləşən mənzilləri sığortalamaq üçün nəzərdə tutulmuşdur.

 

Sığorta məhsulları aşağıdakılardır:

1.Daşınmaz əmlakın icbari sığortası

2.Daşınmaz əmlakın könüllü sığortası

3.Daşınar əmlakın sığortası (Ev əşyalarının sığortası)

 

Müştərilər Daşınmaz əmlakın icbari sığortası üzrə 25.000 manat, Daşınmaz əmlakın könüllü sığortası üzrə 25.000 manat, Ev əşyalarını isə 5.000 manat dəyərində sığortalayacaqlar. 3D əmlak sığortası əldə etmiş müştərilər hadisə zamanı Günay Sığortadan yük taksisi xidmətini də ödənişsiz əldə edəcəklər.

 

Əmlakı sığortalamaq üçün dövlət reyestrindən çıxarışı və şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə sığortalanan zaman əmlaka baxış keçirilmir və əmlakın foto şəkilləri təqdim olunmur.

 

Cəmi 79 manat ödəməklə 1 il ərzində müştərilər mənzillərini və ev əşyalarını yanğın, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, təbii fəlakətlər - zəlzələ, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri və s. kimi xoşagəlməz hallardan 55.000 manat dəyərində sığortalamış olacaqlar.

 

Məhsulu əldə etmək üçün müştərilər şirkətimizin məlumat mərkəzinə zəng edə (012 990), saytına (www.gunaysigorta.az) , rəsmi facebook səhifəsinə (www.fb.com/gunayinsurance/ ), instagram səhifəsinə (//www.instagram.com/gunay_insurance/ ) müraciət edə və yaxud şirkətin baş ofisinə, nümayəndəliklərinə və satış nöqtələrinə yaxınlaşa bilərlər.


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...