Baş nazir seçilməsindən çox ailəsi müzakirə olunur - Sanna Marin haqda bilinməyənlər

Baş nazir seçilməsindən çox ailəsi müzakirə olunur - Sanna Marin haqda bilinməyənlər

Xəbər verdiyimiz kimi Finlandiyanın Sosial Demokrat Partiyasının liderliyinə seçilən 34 yaşlı Sanna Marin dünyanın ən gənc baş naziri oldu.

Sfera.az xarici mediaya istinadən bildirir ki, gənc baş nazirin bu qələbəsindən çox onun şəxsi həyatı və ailəsi müzakirə mövzusu olub.

Marinin anasının öz həmcinsi ilə evli olması və baş nazirin belə bir ailədə böyüməsi sosial şəbəkələrdə geniş müzakirə olunub.

S.Marin ailəsində universitet təhsili alan ilk şəxs olub. O, 2015-ci ildə verdiyi müsahibədə ailəsi haqqında danışa bilmədiyi üçün özünü "görünməz” hiss etdiyini deyib. 

Yeni baş nazirlə bağlı digər bir diqqətçəkici məqam onun 22 aylıq qızının olmasıdır. Məhz buna görə o, 37 yaşında Yeni Zelandiyanın Baş naziri təyin olunan Casinda Ardernə bənzədilir.

Söz-söhbətlərə baxmayaraq, S.Marin 2012-ci ildə Tampere şəhərinin bələdiyyə başçısı seçildiyindən bəri karyera pillələrində sürətlə irəliləməyi bacarıb. O, 2015-ci ildə millət vəkili seçilib. 

Marin Finlandiyanın 3-cü qadın Baş naziridir. Yaşı ön plana çıxarılan Marin bu barədə sualları belə cavablandırıb: 

"Heç vaxt yaşımı və cinsiyyətimi düşünərək hərəkət etməmişəm". (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...