“Millət vəkillərinə baxanda bu millətə yazığım gəlir...”

“Millət vəkillərinə baxanda bu millətə yazığım gəlir...”

"Mənim seçkilərə münasib qətidir. İndiyə qədər iki dəfə parlament seçkilərində namizəd kimi iştirak etmişəm. Birində hamıdan çox səs topladım, amma keçmədim. İndi həm yaşım artıb, həm də səhhətimdə problem var. Bu səbəbdən də seçkilərdə namizədliyimi irəli sürmək niyyətim yoxdur”.

Sfera.az xəbər verir ki, bu sözləri Reyting.az-a şair Rüstəm Behrudi fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyi haqda suala cavabında deyib.

R. Behrudi qeyd edib ki, namizəd olmasa da, öz missiyası var: "Bu, yaradıcılıq sahəsidir və bu istiqamətdə davam edəcəyəm. Amma sevinərəm ki, bu seçkidə millətin qəbul etdiyi, sevdiyi və millətin taleyində rol oynaya biləcək şəxslər parlamentə seçilsin. Hərçənd ki, buna da şübhəm var”.

R. Behrudi əlavə edib ki, özü seçkidə iştirak etməsə də, kimlərisə dəstəkləyə bilər: "Demokratik düşərgədən namizəd olan şəxsləri dəstəkləyəcəyəm. İndiki parlamentdə oturan millət vəkillərinə baxanda bu millətə yazığım gəlir. Onların çıxışlarına baxıram və düşünürəm ki, gör, qanunvericilik instansiyasında kimlər oturub və millət üçün qanunları kimlər hazırlayır... Bəlkə də parlamentin buraxılması zamanında atılan addımdır, bir ümid yeridir. Görək, 9 fevral seçkiləri nə göstərəcək. Parlament demokratik olsa, aparılan islahatlar müəyyən qədər nəticə verə bilər”. (yeni sabah)

 


OXŞAR XƏBƏRLƏR

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...

Rusiyada Xəlil Arslanov 17 il azadlıqdan məhrum edildi

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzl...

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...