İlham Əliyev Estoniya Prezidentini təbrik edib

İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının PrezidentiToomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim sülh və firavanlıq diləyirəm".


OXŞAR XƏBƏRLƏR