"Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan REAKSİYA

 
"Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan çoxu parlament seçkilərində iştirak edəcək".

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var: "Bu insanlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər, xüsusən gənclər, o cümlədən xaricdə təhsil alıb gəlmiş gənclər böyük həvəs göstərirlər. Yəni namizədliklərini irəli sürmək istəyən çox insan var. Bir yanlış informasiyanı cəmiyyətə sırımaq istəyirlər ki, guya Milli Şura seçkidə iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq və s. Dünyanın heç bir yerində, heç bir beynəlxalq hüquq normasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində elə bir müddəa yoxdur ki, hansı təşkilat iştirak etdi, hansı təşkilat iştirak etmədi.  Söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa, artıq burada alternativlik təmin olunub və orada seçki keçirmək mümkündür. Ona görə də iştirak edib-etməmək hər kəsin öz hüququdur”.

YAP funksioneri qeyd edib ki, Milli Şuranın qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var: "Milli Şura getsin, Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmirlər. İnsanları aldatmağa çalışırlar və seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Bunların sosial bazası, elektoratı yoxdur, bilirlər ki, seçilməyəcəklər. Çünki xalq bunlara etimad göstərməyəcək və bunların irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan da seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər”.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...