“Çox istəyərəm ki...” - Nazpəri də deputat olmaq istəyir?

“Çox istəyərəm ki...” - Nazpəri də deputat olmaq istəyir?

Xəbər verdiyimiz kimi, son bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının növbəti Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, onlar A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər:

"Əziz həmvətənlər, dəyərli soydaşlarımız! Gəlin, Afaq Bəşirqızını Milli məclisə əsl millətini sevən biri olduğuna rəğmən, millət vəkili seçilməyə çağıraq! Razı olanlar, rica edirəm, dəstəkləyib paylaşaq. Bu gözəl şəxsiyyəti Milli Məclisdə Zeynəb Xanlarovanın əvəzinə görmək istərdinizmi?” – deyə onların paylaşdığı mətndə qeyd olunub. Kampaniyaya azərbaycanlı məşhurlar da qoşulub. Aktrisanı deputat kimi görmək istəyənlər arasında  qarmon ifaçısı Gülbahar Şükürlü, aktrisa Naibə Allahverdiyeva, Əməkdar artistlər Elza Seyidcahan və Vasif Məhərrəmli də olub.  

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti Nazpəri  Dostəliyeva  yeni sabah-a  açıqlamasında Afaq Bəşirqızını millət vəkili kimi görməyi istədiyini deyib:

"Afaq Bəşirqızı sözünü deyə biləcək, sənətində öz imzasını atmış, böyük sənətkardır. O eyni zamanda xalqın, xüsusilə də qadınların qeydinə qalan gözəl insandır. Mən çox istəyərəm ki, Afaq xanım millət vəkili olsun. Buna  böyük məmnuniyyətlə razı olaram. Afaq xanım deputatlığa tam layiqli namizəddir”. 

Xanım sənətçi özünün deputat olmaq istəmədiyini, ümumiyyətlə siyasətə qarışmadığı da bildirib: "Mən ümumiyyətlə siyasətə heç vaxt qarışmıram. Amma yenə deyirəm, Afaq xanımı deputat olaraq görməkdən məmnun olaram".

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə  Afaq Bəşirqızı deputatlığa namizəd olacağını rəsmən elan etməsi ilə bağlı xəbərlər yayılıb.  Afaq xanım açıqlamasında bu xəbərin yalan olduğunu bildirib və deputatlığa ayıracaq vaxtı olmadığını deyib:

"Mən deputatlığa namizədliyimi verməmişəm. Teatrda yetərincə işlərim çoxdur. Ona ayıracaq vaxtım yoxdur".


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...