Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
Fevralın 24-də saat 09:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Masazır”, saat 09:00-dan 13:00-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin "Xaldan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Abşeron rayonunun Masazır qəsəbəsinin, həmçinin Yevlax rayonunun Xaldan və Qarxun, Ağdaş rayonunun Qəribli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

OXŞAR XƏBƏRLƏR