“Boşanmış qadına intim obyekt kimi baxırlar” - Lalə Məmmədova

“Boşanmış qadına intim obyekt kimi baxırlar” - Lalə Məmmədova

"Evlənmək kimi boşanmaq da təbii bir prosesdir. İldən-ilə insanın duyğuları, həyata baxışı, düşüncələri dəyişir. Bu gün düşündüyüm kimi 10 il sonra düşünə bilmərəm. Başqasına vurula da bilərəm. İnsanın həyatında zaman içərisində hər şey dəyişə bilər. Ona görə də mən Oşonu tez-tez oxuyuram. Bunun kökündə Allahın xəbəri olmayan bizim uydurduğumuz adət-ənənələr dayanır. İnsanlar bir-birini tanımalıdır. Ata-ana övladı üçün "yaxşı qız", "yaxşı oğlan" axtarmamalıdır. Bu, anlayış zehinlərdən silinməlidir".

Sfera.az  xəbər verir ki, bu sözləri kulis.az-a müsahibəsində Əməkdar artist Lalə Məmmədova "Ailələrin uzun müddət davam etməsinə indiki dövrdə nələr mane olur" sualına cavab verərkən deyib.

O, problemin qadınlarda olduğunu söyləyib:

"Kişini də, qadını da yetişdirən qadındır. Qadınlarımız gələcəyə kişi yox, uşaq böyüdürlər. Həyat üçün kişi, sabah üçün ata, qadın üçün ər yetişdirmirlər. Atalar isə oğullarının heç vaxt onlardan bir pillə üstün olmasını istəmir. Oğlanlarını cəngavər kimi yetişdirmirlər. Daima özlərindən asılı olmalarını istəyirlər. Ona görə də bu gün bizim cəmiyyətimizdə kişi modeli yoxdur. Biz həyat üçün kişi hazırlamırıq. Boşanmış qadına münasibət deməzdim ki, 30 il bundan əvvəlki qədər pisdir. Amma bu da danılmazdır ki, boşanmış qadına həmişə bir intim obyekt kimi baxırlar. Bu, insana çox pis təsir edən bir haldır. Əgər bu qadın özgüvəni yüksək olan, özünü oda-közə vurub uğur qazanan bir qadındırsa vəziyyət ikiqat ağırdır. Uğurlu qadının uğurlarını görmədikləri, tanımadıqları, özlərindən uydurduqları hansısa bir kişinin ayağına yazırlar. Bu, sadəcə olaraq dözülməzdir".

Müğənni valideynləri ilə yaşadığı üçün zaman-zaman çətinlik çəkdiyini söyləyib:

"Övladlarıma anam tərbiyə verir. Bir tərəfdən buna çox sevinirəm ki, valideynlərim övladlarımın başının üstündədir. Amma digər tərəfdən anamla razılaşmadığım məqamlar var. Məsələn, bir şey olanda deyir, qızına bunu öyrətməmisən, sabah problem yaşayacaq. Bu sözün ucundan tutub deyirəm, anam, sən də bizə elə demisən, amma mən qızıma bunu deməyəcəyəm. Çünki mən onu ər üçün yox, cəmiyyət, həyat üçün yetişdirirəm. Övladımı da ərə verəndə sənin kimi "get ordan meyitin çıxsın" deməyəcəyəm". (milli.az)



OXŞAR XƏBƏRLƏR

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...