Bu bölgədə azərbaycanlıların avtobus idarə etməsinə qadağa qoyuldu

Bu bölgədə azərbaycanlıların avtobus idarə etməsinə qadağa qoyuldu
Rusiyanın Xabarovsk vilayətində azərbaycanlı sürücülər gələn ildən avtobus idarə edə bilməyəcəklər.

Yerli KİV bildirir ki, Xabarovsk qubernatoru Sergey Furqal Azərbaycan, Tacikistan, Özbəkistan və Moldova pasportları olan şəxslərin 2020-ci ildə avtobus idarə etməsinə qadağa qoyub. Bu səbəbdən Xabarovskda mövcud sürücülərin təxminən beş faizi işlərini itirəcək. Xabarovsk şəhəri və Xabarovsk rayonu Məşğulluq Mərkəzinin rəhbəri Yelena Danilenko bununla bağlı 30 vakansiya elan edildiyini və artıq beş nəfər D kateqoriyalı sürücünün müraciət etdiyini bildirib.

Qadağa Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin - Qırğızıstan, Ermənistan, Qazaxıstan və Belarus vətəndaşlarına təsir göstərməyəcək.
 
///Oxu.az

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...