“Qarabağ”ın Avroliqada son matçının hakimləri bilindi

İdman
17:50 / 10.12.2019
3613
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Qarabağ” – "Düdelanj” (Lüksemburq) oyunu üçün hakim təyinatları açıqlanıb.
Sfera.az xəbər verir ki, matçın baş hakimi Estoniya Futbol Federasiyasından Kristo Tohver olacaq.
Ona həmyerliləri Silver Koiv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını Yuri Frişer yerinə yetirəcək. (oxu.az)