Əsəd atəşkəsə razılaşdı

Əsəd atəşkəsə razılaşdı
Suriya Rusiya və ABŞ tərəfindən hazırlanmış plan üzrə Ərəb Respublikasında hərbi əməliyyatların dayandırılmasına razılaşdı.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Suriya XİN məlumat yayıb.
"Dəməşq, İŞİD, "Cəbəh əl Nüsrə” və digər onlarla və "Əl Qaidə” ilə bağlı terrorizm, cinayətkar qruplaşmalara qarşı hərbi səylərin davam etdirilməsinə əsaslanaraq, Rusiya-Amerika razılaşmasına müvafiq olaraq hərbi əməliyyatları dayandırmağa razıdır”, - materialda qeyd edilir.
Suriya bununla yanaşı, Suriya vətəndaşlarına və ya Ərəb Respublikasının silahlı qüvvələrinə qarşı silahlı qruplaşmalar tərəfindən istənilən qayda pozuntularına "adekvat cavab vermə hüququnu” qoruyub, - XİN bildirib.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama fevral ayının 22-də baş tutmuş telefon danışığı zamanı Suriyada atəşkəsi təsdiqləyiblər.
Rusiya liderinin sözlərinə görə, əldə edilən razılıq – "qan tökülməsinin qarşısını almaq üçün atılmış real addımdır”.
Rusiya və Suriyanın birgə bəyanatına görə, atəşkəs fevral ayının 27-də Dəməşq vaxtı ilə saat 00:00-da (Bakı vaxtı ilə fevral ayının 26-da saat 00:00) qüvvəyə minəcək.  
"ABŞ və Rusiya BMT-nin vasitəçiliyi ilə Suriya böhranının sülh yolu ilə tənzimlənməsinə və Ərəb Respublikasında hakimiyyətin ötürülməsi prosesi üçün şəraitin yaradılmasına nail olmaq niyyətindədirlər”, - bəyanatda deyilir.

OXŞAR XƏBƏRLƏR