Şəkidə kişi xəyanətkar qadından belə qisas aldı – VİDEO + YENİLƏNİB
Şəki polisi tərəfindən üstü açılan qəribə "quldurluq” faktı haqqında bəzi təfərrüatlar məlum olub.
Sfera.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, polisə quldurluğa məruz qaldığını, 143 manat pulunun oğurlandığını deyən rayon sakini Əsgərov Seymir Samir oğlu istintaq zamanı özünü ifşa edib.
Aparılmış istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində isə Seymur Əsgərovun baş vermiş hadisəni qisas almaq məqsədi ilə səhnələşdirdiyi və hadisəni dostu, Bakı sakini Zalov Səbuhi ilə birlikdə həyata keçirdiyi məlum olub.
"Pulum olmadığı üçün yoldaşım üzümə qayıtdı ki, səndən yaraşıqlı, səndən pullu, səndən şəxsiyyətli bir oğlana gedəcəm. Baxdım ki, kasıbçılıq məni belə mi sındırır? Gedəndən 3 gün sonra profilə bir şəkil qoydu, o şəkil də mənə çox ağır gəldi”, - deyə, S. Əsgərov polisə ifadəsində bildirib.
Araşdırmalar zamanı məlum olub ki, Seymur Əsgərovun həyat yoldaşı Həqiqət Əsgərova müxtəlif vaxtlarda müxtəlif şəxslərlə hayat yoldaşına xəyanət edib.
Elə bunun üçün də Seymur Əsgərov həyat yoldaşının əməllərini üzə çıxartmaq üçün bu işə əl atdığını bildirib. Dindirilmə zamanı isə quldurluq etmiş şəxslər əməllərindən bəzi səbəblərə görə peşman olduqlarını bildiriblər.
"1 il 9 ay Maştağada yatmışam. Beynimin sol tərəfi işləmir. Bilə-bilə eləməmişəm. Nə bilim ki, mənim elədiyim Cinayət Məcəlləsinə düşür? Bilsəm, bu qələti edərəm?”, - deyə, onunla əlbir olmuş digər saxlanılan şəxs – Səbuhi Zalov bildirib.
10:15
Şəki polisi maraqlı quldurluq faktının üstünü açıb.
Oxu.Az xəbər verir ki, bu haqda Şəkidə fəaliyyət göstərən Kanal S (Region TV) məlumat yayıb.
Xəbərdə bildirilir ki, 18 fevral 2016-cı il tarixində Şəki rayon sakini Əsgərov Seymir Samir oğlu Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Şəkinin Qarabulaq kəndi ərazisindəki yarımtikilidə 2 nəfər naməlum şəxs tərəfindən qol və ayaqlarının bağlandığını bildirib.
Daha sonra o qeyd edib ki, həmin şəxslər onun 143 AZN pulunu və mobil telefonunu ona qarşı zor tətbiq edərək götürüblər.
Daxil olmuş məlumata əsasən dərhal hadisə yerinə yollanan polislər Əsgərov Seymuru əli-qolu bağlı vəziyyətdə orada aşkarlayıblar.
Daha sonra polislər Seymuru şöbəyə gətirərək müvafiq qaydada AR CM-nin 181.2.1 maddəsi ilə, yəni quldurluq maddəsilə cinayət işinə başlayıblar.
Aparılmış istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində isə Seymur Əsgərovun baş vermiş hadisəni qisas almaq məqsədi ilə səhnələşdirdiyi və hadisəni dostu, Bakı sakini Zalov Səbuhi ilə birlikdə həyata keçirdiyi məlum olub.
Araşdırmalar zamanı məlum olub ki, Seymur Əsgərovun həyat yoldaşı Həqiqət Əsgərova müxtəlif vaxtlarda müxtəlif şəxslərlə həyat yoldaşına xəyanət edib.
Elə bunun üçün də Seymur Əsgərov həyat yoldaşının əməllərini üzə çıxartmaq üçün bu işə əl atdığını bildirib.
Məlumata görə o, baş vermiş hadisədə həyat yoldaşını və onun görüşdüyü şəxslərdən birini ittiham etmək istəyirmiş.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.