“Azərbaycanda belə problem yoxdur” - Filipova
Cəmiyyət
13:06 / 23.02.2016
910
"Azərreyl” klubunun voleybolçusu Straşmira Filipova Bolqarıstan mətbuatına müsahibə verib. "Qafqazinfo” xəbər verir ki, o, ölkəmizdəki karyerasından danışıb.
"Azərreyl”in çıxışını yaxşı dəyərləndirən Filipova maraqlı məqamlara toxunub: "Bakıda hər şey ürəyimcədir. "Azərreyl” liderlər sırasında qərarlaşıb və turnir cədvəlinə başçılıq edirik. Mövsümün sonuna hələ var. Heyətimizdə iki ciddi itki olsa da onların geri dönəcəyinə ümid edirəm. Azərbaycan çempionatı maraqlıdır. Klubların heyətində dünyanın aparıcı yığmalarının üzvləri var və bu rəqabətə ciddi təsir edir. Bakıda maaş baxımından problem yoxdur. Vaxtında alırıq. Bolqarıstanda maddi problem olduğunu bilirəm”.
Straşmira ailə qurmaq istədiyini də bildirib: "Ailə qurmaq fikrim var. 3 uşaq anası olmaq istəyirəm. Karyeramı bitirəndən sonra da daha çox ailəmlə məşğul olacam. İndi dostlarımdan, hər kəsdən çox uzağam. Voleybol başa çatandan sonra hər şey yaxşı olacaq”.