Ötən gecə Bakıda 31 yaşlı kişini qətlə yetirən şəxs saxlanıldı

Ötən gecə Bakıda 31 yaşlı kişini qətlə yetirən şəxs saxlanıldı
 

Bakıda küçədə qətl törədən şəxs saxlanılıb.

Nizami rayon Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, dekabrın 9-da saat 00:30 radələrində Nizami rayon Qara Qarayev prospekti, 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun kəsici-deşici alətlə ürəyi və bədənin digər nahiyələrinə zərbələr endirilərək öldürülməsi faktı barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında təxirəsalınmadan polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib. İş üzrə məhkəmə-tibbi ekpertiza təyin edilib, eləcə də digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Səfərov Namiq Bəxtiyar oğlu tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

N.Səfərov şübhəli şəxs tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Dövlət büdcəsinin gəlirləri 20 milyarda yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayis...

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...

Boğulma hallarının qarşısı necə alınmalıdır?

İsti yay günlərində vətəndaşların çimərliklərə axını artmaqda davam edir. Lakin dənizdə ehtiyatsız davranışlar bir çox hallarda faciə ilə nəticələnir. İyun ayı ...

Bu yolda 2 aydır ki, "həyat donub" - Təmir nə vaxt bitəcək?

Artıq iki aydır ki, Bakının hər zaman sıx nəqliyyatla seçilən Binəqədi şosesində kanalizasiya xətti ilə bağlı təmir-bərpa işləri aparılır.   Sfera.az...

Aşıq Zülfiyyədən etiraf: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan sənətçi illər əvvəl ona yazılan...

Məşhur futbolçu karyerasını bitirdi

Xorvatiyanın "Hayduk" klubunun futbolçusu İvan Rakitiç karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, bu barədə Split təmsilçisini...