Kapital Bank beynəlxalq “Baku DevFest 2019” tədbirinə dəstək göstərib

Kapital Bank beynəlxalq “Baku DevFest 2019” tədbirinə dəstək göstərib
 
Kapital Bank növbəti beynəlxalq İT Festivalın keçirilməsinə dəstək göstərib. "DepFest 2019” tədbiri Android, Web və
buludsuz texnologiyalarına üstünlük verən, onlardan aktiv istifadə edən İT mütəxəssislər və tələbələr üçün hazırlanan
bir texnologiya festivaldır. Məlumat üçün bildirək ki, ənənəvi tədbir dünyanın bir çox ölkələrində keçirilir.
"DevFest 2019”da dünyanın bir çox ölkəsindən gələn, bu sahədə öz sözünü demiş mütəxəssislər İT sahəsindəki son
trendlər, texnologiyalar və bir-birindən maraqlı mövzular haqqında çıxışlar ediblər. Eyni zamanda, bu mövzular
haqqında maraqlı vorkşoplar tədbir boyu nümayiş olunub. "Baku DevFest 2019”un qonaqları arasında Amazon,
SnapEngage, RPG TeC, AİLab, Zalando kimi şirkət və startup-ların qurucu və İT mütəxəssisləri yer alıb.
"Bildiyiniz kimi Kapital Bank hazırda informasiya texnologiyaları sahəsinə böyük diqqət ayıraraq, rəqəmsallaşmaya
önəm verir. Ötən həftə IBM şirkəti ilə birgə möhtəşəm "DevDay in Baku’19” tədbirini keçirdik. Bu gün isə Google ilə
birgə "Baku DevFest 2019”u təşkil etdik. Hər iki tədbirdə dünyanın tanınmış mütəxəssisləri tərəfindən çıxışlar oldu.
Əminəm ki, bu kimi tədbirlər ölkənin informasiya texnologiyaları sahəsinə, həmçinin sürətlə inkişaf edən rəqəmsal
bankçılığa öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru
Fərid Səmədov bildirib.
Qeyd edək ki, Kapital Bank-da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda Kapital Bank-da İT
sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində "İT Təcrübə” yazmaqla
[email protected] ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...