Bakıda ögey ana azyaşlı uşaqlara işgəncə verib - Video

Bakıda ögey ana azyaşlı uşaqlara işgəncə verib - Video
 

Azərbaycanda azyaşlı uşaqlar valideynləri tərəfindən işgəncələrə məruz qalıb.

Bu barədə məlumatı jurnalist Elgün Gəncimsoy şəxsi feysbuk hesabında yayıb.

Məlumata görə, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra Nuranə adlı qadın uşaqlara müxtəlif işgəncələr verib.

"Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb qardaşımın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü... " - deyə Hüseyn bildirib.

"Nuranə qardaşımı ayağından asdığını atama dedim. Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki, bizi döysün. Nuranə də dəmirlə bizi döydü. Sonra ipdən düşürüb əllərinizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qalırdıq. Qardaşımın əli şişmişdi. Mən Nuranəyə qardaşımın əlin göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iynəldi..." , deyə Qulu qeyd edib.

Uşaqların iddiasına görə, Nuranə adlı qadın uşaqlar ac olanda onların boğazına acı istiot töküb.

Məlumata görə, uşaqlar hazırda ana babasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.

Uşaqların babası nəvələrinin üzləşdiyi durumla bağlı videomüraciət yayıb:

 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...