Rafael Dadaşovun xəstəxanadan videosu

Rafael Dadaşovun xəstəxanadan videosu

Səhhətində yaranan problemlərə görə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rafael Dadaşov indiki vəziyyəti barədə danışıb.

Sfera.az xəbər verir ki, xəstəxanada Lent.az -a açıqlama verən tanınmış aktyor bildirib ki, müalicəsi davam edir:

"Allahın köməkliyi ilə babatam. Sağ olsunlar, qulluq edirlər. 4 gün reanimasiyada yatdım. Dünən günortadan palataya düşmüşəm. Belə baxanda, ilk gəlişimdən indi yaxşıyam. Səhhətimdə dəqiq nədən əziyyət çəkdiyimi özüm də bilmirdim. Məni daha çox təngnəfəslik narahat edirdi. Addımımı düz ata bilmirdim. Canıma qorxu düşdü. Təcili yardım çağırdılar, bura gətirdilər. Ürək çatışmazlığı imiş. Bir də daxildə su var idi. 4 günə özümə gətirdilər. Ürəklə bağlı problemi tarazlaşdırdılar. İndi böyrəklərimdə su qalıb, onu düzəldəcəklər”.

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Əfqanıstanın Baş nazirinin müavini Füzulidə

Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonun...

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfər gəlib - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə g...

Fransa 170-dən çox reysi ləğv etdi

Fransada hava nəzarətçilərinin iki günlük tətili hava nəqliyyatında ciddi pozuntulara səbəb olub. “Ryanair” hava yolu şirkəti 170-dən çox reysin ləğ...

Ermənistan ŞƏT-ə üzv olmaq istəyir

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq arzusunu ifadə edib.    Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazi...

Ən yüksək rütbəli Rusiya hərbiçisi öldürüldü

Rusiyanın Donanma Komandanının müavini, general-mayor Mixail Qudkov Ukrayna ilə döyüşlərin davam etdiyi Kursk bölgəsində həlak olub.   Sfera.az xəbə...

Prezident İlham Əliyev “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də "Xankəndi" Mehmanxana Kompleksinə aid olan "Xankəndi" Biznes Mərkəzinin açılı...