Sahibkarlar Kapital Bank-ı tövsiyə edir

Sahibkarlar Kapital Bank-ı tövsiyə edir

Özsüt brendi 80 ildən artıqdır ki, ənənəvi qənnadı sirləri və xüsusi reseptlərindən istifadə edərək ləziz təamları ilə müştərilərinin xidmətindədir. Ölkəmizin paytaxtında yerləşən restoranlar şəbəkəsinin 4 şöbəsi öz qonaqlarını hər zaman rahat və səmimi mühit ilə qarşılayır. Pozitiv enerjisi və təbəssümü ilə seçilən Özsüt personalı isə şöbələrinin ziyarətçilərinə diqqət və qayğı ilə yanaşır. Qonaqlarda xoş təəssüratlar yaratmaq, onları sevindirmək üçün burada mütəmadi olaraq fərqli menyular, müxtəlif aksiya və kampaniyalar, eləcədə digər yeniliklər təqdim olunur.


 

Özsütün Gənclik Mall-da yerləşən şöbəsinin meneceri Sərvan Əliyev restoran şəbəkəsində xidmət səviyyəsinin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söhbət açdı. "Zövqlərə xitab gətirəcək yeməklərimiz, zəngin və fərqli menyu, restoranlarımızda yaratdığımız gözəl ab-hava ilə yanaşı, yüksək səviyyəli servis göstərmək üçün şəbəkəmizə peşəkar maliyyə tərəfdaşı da gərəkdir. Bir neçə il əvvəl şəbəkəmizin genişləndirilməsi üçün şirkətimizə sərmayə qoymaq lazım idi. Çox düşünmədən biz kreditlə bağlı Kapital Bank-a müraciət etdik və bununla bizim partnyorluğumuzun ilk addımı atıldı. Yeri gəlmişkən, çətin dövrdə bizə dəstək göstərdiyi üçün Kapital Bank-a çox sağol demək istəyirəm. Əməkdaşlığımızın uğurlu olacağına əmin idik. Çünki Kapital Bank-a müraciət etməyimizin səbəblərindən biri də bir çox müştərilərimizin hesabı ödəyərkən BirKart-dan istifadə etmələri idi. Görünür ki, bank və onun məhsulları insanlar tərəfindən böyük rəğbət qazanıb”, - deyə, Sərvan Əliyev bildirib.


 

"Müasir zamanda, xüsusən də qida sahəsində təklif olunan yeməklərin keyfiyyətli olması ilə yanaşı, sifarişlərin vaxtında masaya verilməsindən tutmuş, hesabı təqdim edənə qədər diqqətli və sürətli olmalısan. Bu səbəbdən biz Özsüt-ün şöbələrində son günlər ölkədə gündəmdə olan smart kassa cihazlarını quraşdırmaq qərarına gəldik. Partnyorumuz olan Kapital Bank-ın yeni kassaları barədə məlumat aldıqda dərhal onlara üz tutduq. Xüsusilə qeyd etmək istərdim ki, cihazlar bank tərəfindən bizə tam ödənişsiz şəkildə təqdim olundu. Bu kassalar həm bizim, həm də nağdsız ödənişlərə üstünlük verən, eləcə də BirKart-dan istifadə edən müştərilər üçün çox əlverişlidir. Yeni cihazların quraşdırılması həm işçi personalın, həm də müştərilərin işini xeyli yüngülləşdirib”, - deyə, Sərvan Əliyev bildirib.


 

Qeyd edək ki, Özsüt restoranlar şəbəkəsi həmçinin BirKart taksit kartının partnyorudur. Bəzən olur ki, müştərilər öz əlamətdar günlərini qeyd etmək üçün bizim restoranlara üz tuturlar. Təbii ki, bu zaman tələb olunan vəsait adi nahar vaxtı ödənilən məbləğdən daha artıq olur. Müştərilərimizə bildirmək istərdim ki, artıq daha böyük ödənişlərini restoranlarımızda BirKart-la edib, məbləği 2 ay ərzində bərabər hissələrlə, heç bir əlavə faiz və komissiyasız ödəyə bilərlər.

 

Yeni təamlar dadmaq və gözəl vaxt keçirmək istəyən hər kəsi Özsüt restoranlar şəbəkəsinin şöbələrində gözləyirik.


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...