"TuranBank" yeni kart məhsulunu təqdim edib

 

Çoxlarının pulqabında bir ədəd məvacib, bir ədəd əmanət bir ədəd isə qeyri nağd alış-veriş üçün nəzərdə tutulan plastik kart tapmaq olar. Halbuki, "TuranBank” müştərilərinin rahatlığını nəzərə alaraq bütün bu mövcud ehtiyacları bir kartda birləşdirib.

Bankdan Sfera.az-a  verilən məlumata görə, "Universal” kart sadəcə pulqabı deyil, həm də istifadəçiyə pul qazandırır. Belə ki, kartın qalıq balansına illik 6%-dək gəlir və tərəfdaş mağaza və əyləncə mərkəzləri şəbəkəsində 18%-dək "cashback” hesablanır. Kart 3 valyutada pulsuz təqdim olunur.

Qeyd edək ki, bankın ATM və POS-terminallarından bu kartdan nağdlaşdırma üzrə komissiya 0% təşkil edir.

Kartı bankın istənilən filialında bir tək şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirmək mümkündür. Kartı həmçinin "TuranBank”ın rəsmi internet səhifəsindən və ya "WhatsApp” vasitəsilə də sifariş etmək mümkündür. Müştəri hazır kartı ona uyğun vaxtda bankın 24/7 çalışan "Mərkəz” filialından götürə bilər.

Əlavə məlumat üçün "TuranBank”ın "935” Məlumat Mərkəzi və ya 050 268 72 22 "WhatsApp” nömrəsi ilə əlaqə saxlamaq olar.



OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə lider...

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...