Parisdə toyu olan məşhur aktyora anası xeyir-dua vermədi

Parisdə toyu olan məşhur aktyora anası xeyir-dua vermədi

Bu günlərdə toyu olan Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun anası Nurten Tatlıtuğ oğluna xeyir-dua verməyib.

 

Sfera.az gecce.az-a istinadən xəbər verir ki, bu barədə Kıvançın anası sosial şəbəkədə bildirib:

"Anasının xeyir-duasını almayan xoşbəxt ola bilməz, anandan başqa heç kim sənin xoşbəxtliyin üçün göz yaşı tökməz”, - deyə paylaşımlarıyla o, oğlunun toyunda iştirak etməməsinin əsl səbəbini göstərib.

Nurten Tatlıtuğ bir müddət öncə sağlamlığında yaranan problemlərə görə oğlunun toyunda iştirak etməyəcəyini bildirmişdi.

Xatırladaq ki, məşhur aktyor Kıvanç Tatlıtuğun stilist sevgilisi Başak Dizerlə Parisdə toyları olub. Bir müddətdir birlikdə olan cütlüyün toyu Fransanın paytaxtı Parisdə baş tutub. 

Toy mərasimində cütlüyün ən yaxın dostları, qohumları olmaqla 50-yə yaxın dəvətli qatılıb.


OXŞAR XƏBƏRLƏR