“Bank Respublika” “Mobil Şöbə 3.0” mobil əlavəsinin yenilənmiş versiyasını təqdim edib

“Bank Respublika” “Mobil Şöbə 3.0” mobil əlavəsinin yenilənmiş versiyasını təqdim edib
 

Azərbaycanda rəqəmsal bankçılığın liderlərindən biri olan "Bank Respublika” ASC müştəriləri üçün "Mobil Şöbə 3.0” mobil əlavəsinin yenilənmiş versiyasını təqdim etdi.

Tətbiqin 3.0 versiyası tamamilə yeni interfeys və mobil əlavə ilə işləmə prosesini daha rahat, daha sürətli və daha səmərəli edən istifadəçi təcrübəsinə dayanaraq hazırlanıb.

Bir sıra yeni xüsusiyyətlərdən əlavə olaraq, "Mobil Şöbə 3.0” versiyası əvvəlki nəsillərin əsas və populyar funksiyalarını özündə saxlayıb və inkişaf etdirib, məsələn: Western Union beynəlxalq pul köçürmələri, "Vektor” lokal pul köçürmələri, şablonlar, avto ödənişlər və sevilən bir sıra digər xidmətlər.

Bununla yanaşı, "Mobil Şöbə 3.0” əlavəsi "Bank Respublika” müştərilərinə eləcə də, Bankın müştərisi olmayanlar üçün tamamilə yeni imkanlar yaradan bir sıra xidmətlər və həllər təqdim edir. Bunlar: vəsaitlərin xarici bankların kartına köçürülməsi, üçüncü tərəflərin bank kartlarının əlavə edilməsi, bankın müştərisi olmayanların qeydiyyatı, hesabdan çıxarışlarda tranzaksiyaların yeni axtarış sistemi və s.

"Mobil Şöbə 3.0” əlavəsi komandamızın kreativ düşüncə və dizayn təcrübəsini özündə cəmləşdirən 100% Azərbaycan məhsuludur. "Mobil Şöbə”nin yeni versiyasının hazırlanması zamanı xarici təcrübə öyrənilmiş, istifadəçilərimizin rahatlığına və funksionallığa xüsusi diqqət yetirilib. Müştəriləmizə, özümüzün də məmuniyyətlə istifadə edə biləcəyimiz bank məhsulunu təqdim edə bilmək bizim üçün prioritet məqsəd idi. İnanıram ki, biz bu məqsədə çatdıq, bu baxımdan peşəkarlardan ibarət kollektivimizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Gələcəkdə Bank rəqəmsal kanalları fəal şəkildə inkişaf etdirməyə və müştərilərə bazarımıza xas olmayan yeni texnoloji həlləri təqdim etməyə davam edəcək", - deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 



OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə lider...

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...