Həmvətənlərimiz Ağ Ev qarşısına toplaşdılar - FOTO
19:05 / 22.02.2016
2930
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan azərbaycanlıların yaratdığı Vaşinqton Azərbaycan Komitəsi 21 fevralda Ağ Evin qarşısında Dünya Ana Dili Günü münasibətilə aksiya keçirib.
Sfera.az teleqraf.com-a istinadən bildirir ki, komitənin təmsilçisi Zaur Bayramlı qeyd edib ki, Vaşinqtonda yaşayan soydaşlarımızın qatıldğı aksiyada İran rejimi tərəfindən İİR-də yaşayan 40 milyon türkün ana dilindən istifadə hüquqlarının məhdudlaşdırılması pislənilib, "Ana dilində təhsil istəyirik", "Siyasi məhbuslara azadlıq" şüarları səsləndirilib.
Havanın yağışlı olmasına baxmayaraq, aksiya 1 saatdan cox davam edib və ətrafda xeyli insanın toplaşmasına səbəb olub.