Dilarə Seyidzadəyə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM

13:30 / 02.12.2019
3825
Prezident İlham Əliyev Dilarə Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.