Kapital Bank beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil etdi

Kapital Bank beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil etdi
 
Kapital Bank İT mütəxəssislərinin iştirak etdiyi beynəlxalq "DevDay in Baku’19” tədbirini təşkil etdi. Layihə İT
sahəsində dünya nəhəngi olan IBM şirkəti ilə birgə keçirilib. Tədbirə müxtəlif şirkətləri təmsil edən yüzlərlə dinləyici
iştirak edib. Foruma Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov
qatılıb. Həmçinin, İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru Fərid Səmədov da spiker qismində
çıxış edib və təcrübəsi ilə bölüşüb.
Tədbir proqram təminatı üzrə mütəxəssisləri, proqram mühəndisləri, UI/UX dizaynerləri və informasiya
texnologiyaları üzrə digər mütəxəssisləri bir araya gətirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan ekspertlər
iştirakçılarla öz təcrübələri ilə bölüşüb, həyata keçirdikləri layihələrlə bağlı biliklərini paylaşıblar.
Ekspertlər Azərbaycanın, Birləşmiş Krallığın, Almaniyanın, Koreyanın, Rusiyanın və digər ölkələrin şirkətlərini
təmsil ediblər və bu sahədə intensiv təcrübəyə malikdirlər. Əsas sessiyalardan əlavə olaraq, iştirakçılar
"Development”, "Microservices” və "Product Design” adlı sessiya istiqamətlərindən birini seçərək təqdimatlara qatıla
biliblər.
"Hazırda Kapital Bank-da İT sahəsinin inkişafı istiqamətində mühüm və davamlı işlər həyata keçirilir. Rəqəmsal və
yenilikçi bank olmaq üçün güclü kadr potensialına malik olmaq önəmlidir. Bununla bağlı cari ildə bu sahəyə maraq
yaratmaq məqsədilə tələbələri İT üzrə təcrübə proqramına dəvət etdik və nəticədə onlarla gənci işə götürdük. 2020-ci
ildə də bu sahədə olan işləri davam etdirəcəyik və bazara yeni peşəkar mütəxəssislər təqdim edəcəyik”, - deyə, Kapital
Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalovla bildirib.
Qeyd edək ki, Kapital Bank-da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda Kapital Bank-da İT
sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində "İT Təcrübə” yazmaqla
[email protected] ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə lider...

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...