“Əksəriyyətinin intelektual səviyyəsi, siyasi savadı çox deyil” – Onlar niyə Milli Məclisdən kənar qalıb?

“Əksəriyyətinin intelektual səviyyəsi, siyasi savadı çox deyil” – Onlar niyə Milli Məclisdən kənar qalıb?

.

Sfera.az xəbər verir ki, yeni sabah bununla bağlı kiçik araşdırma edib. 

Belə ki, komitənin sədr müavini Ülvi Quliyev əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Həm də Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Komitənin üzvü Adil Əliyev cüdo üzrə idman ustasıdır. Deputat cüdo ilə yanaşı, kikboksinq üzrə də nailiyyət qazanıb. O, kikboksinq üzrə veteranlar arasında 2008-ci ildə dünya çempionu olub. Sonuncu dəfə isə Adil Əliyev 2016-cı ildə İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatına qatılaraq, qalib adını qazanıb. O hazırda da bu iki idman növü ilə məşğul olur. Adil Əliyev eyni zamanda, Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

Komitə sədri Fuad Muradov və digər üzvlər – Elşad Həsənov, Kamran Nəbizadə, Mahir Abbaszadə, Naqif Həmzəyev, Rauf Əliyev, Rövşən Rzayev, Sevinc Hüseynova, Şahin İsmayılov, Əli Hüseynlinin isə keçmişdə idmanla bağlı hər hansı bir peşəkar karyerası olmayıb. 

Peşəkar idman karyerası olan, lakin sözügedən komitədə təmsil olunmayan deputatlarımız da var:

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov güləş üzrə idman ustasıdır.  YAP-çı deputat 10 yaşından güləşlə məşğul olub. O, 1988-ci ildə  SSRİ çempionu adını da qazanıb. Siyasi proseslərə qoşulandan sonra isə yarışlara çıxmasa da, həvəskar idmanla məşğul olub. 

Aqrar siyasət komitəsinin üzvü Novruzəli Aslanov cüdo-sambo idman növü ilə məşğul olub. 12 yaşından idmana marağı olan deputat bu sahədə Azərbaycan çempionatında müxtəlif illərdə uğurlar əldə edib. (Birinci və ikinci yerlər).

Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev beynəlxalq dərəcəli hakimdir. O, uşaq vaxtlarından boksla məşğul olub. 1957-ci ildən "Neftçi” İdman Cəmiyyətində məşqçi işləməyə başlayıb. Beynəlxalq turnirlərdə iştirak edib və mükafatlar qazanıb. Deputat iştirak etdiyi yarışlarda 6 dəfə Azərbaycan çempionu adını qazanıb və SSRİ-nin fəxri idman ustası dərəcəsinə qədər yüksəlib. Ağacan Abiyev Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası İcraiyyə komitəsinin üzvüdür.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev sambo üzrə idman ustasıdır. Deputat həm də Şito-Ryu Karate Do Federasiyasının fəxri prezidentidir. O, "Sportivnaya Rossiya" Beynəlxalq Döyüş Sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq sertifikata və medala layiq görülüb.

Maraqlıdır ki, Milli Məclisin İdman və Gənclər Komitəsində peşəkar idman karyerası olan şəxslər təmsil olunmur? Ümumiyyətlə, Azərbaycan futbolunun acınacaqlı durumda olduğu, hamının bu sahədən gileyləndiyi bir zamanda bu komitədə futbolla bağlı şəxsin də təmsil olunması düzgün olmazdımı?

Bu suallarımızı AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin üzvü, idman jurnalisti Anar Xanlarov cavablandırıb. O, saytımıza açıqlamasında bildirib ki, ola bilsin, həmin şəxslər qaydalardan xəbərsizdir və ya siyasi savadları aşağıdır:

"Yalnız bu komitədə yox, ümumiyyətlə Milli Məclisində də, dövlət qrumlarında da futbolla məşğul olan, maraqlanan şəxslər nə qədər çox olsa, o qədər də yaxşıdır. Belə olan halda, futbolumuza da daha böyük diqqət ayrılar. Komitəyə gəlincə isə, konkret futbolla əlaqəli şəxslərin olması yaxşı olardı. Onlar da futbolla bağlı qərarların qəbuluna və futbolun inkişafı ilə əlaqədar məsələlərə təkan verərdilər.

Namizədliklərini irəli sürməməlirinin səbəbinə gəldikdə, ola bilər, prosedurları bilmirlər və ya deputat olmaqda maraqlı deyillər. Çünki təəssüf ki, bizdə futbol adamlarının böyük əksəriyyətinin istər intelektual səviyyəsi, istər siyasi savadı o dərəcədə deyil. Yenə deyirəm, qaydaları bilsəydilər, bəlkə də, orada təmsil olunub, futbolla bağlı iradlarını bildirərdilər”.


OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...