İstifadə müddəti saxtalaşdırılmış məhsullar dövriyyədən çıxarılıb - FOTO

İstifadə müddəti saxtalaşdırılmış məhsullar dövriyyədən çıxarılıb - FOTO
 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Sfera.az-a  verilən məlumata görə, daxil olmuş məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən "Xəzər” marketdə monitorinq keçirilib. Monitorinq zamanı marketdə "Amal” firmasına məxsus saxlama müddəti ötmüş "Amal” əmtəə nişanlı dovğanın istehsal və istifadə müddətinin xüsusi ağardıcı vasitələrdən istifadə edilərək dəyişdirilməsi və saxtalaşdırılaraq satışının həyata keçirildiyi aşkarlanıb.

İstehsalçıya həmin məhsulların ticarət şəbəkələrindən dərhal geri çağırılması ilə bağlı göstəriş verilib. "Xəzər” marketdən, eləcə də digər ticarət şəbəkələrindən geri çağırılan məhsullar Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib. İstehsalçı firmaya qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.


OXŞAR XƏBƏRLƏR

24 yaşında qəzada ölən Ramazanın GÖRÜNTÜLƏRİ - VİDEO

Şabranda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovu...

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Şelburn”la cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib. ...

İranın etriazları fayda vermir - Zəngəzur dəhlizi açılacaq

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasının vacibliyini açıq şəkildə bəyan edir. Prezident Vaaqn Xaçaturyanın bu məsələyə dair son açıqlaması rəsmi İr...

Bu yolda hərəkət avqustun 24-nə kimi məhdudlaşdırılır

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.   BDYPİ-dən Sfera.az-a v...

Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı...

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1080 nikah bağlanıb.   Sfera.az xəbər v...

Müəllimlərin maaşı artdı

“2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 3...