Spirtli, enerji içkisi içənlərin nəzərinə - Parlament təsdiqlədi

Spirtli, enerji içkisi içənlərin nəzərinə - Parlament təsdiqlədi

Milli Məclisin bu gün keçirilən iclasında Vergilər Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sfera.az-ın məlumatına görə, dəyişikliklə Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, enerji (spirtli və spirtsiz) içkiləri, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələri artırılıb.

Məcəllənin 190-cı maddəsinə edilən dəyişikliyə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likörün hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılıb.

 

Konyakın hər litri üçün isə aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,5 manata, nazik siqaretlərin 1000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata, spirtli energetik içkilərin hər litri üçün aksiz vergisi 2 manatdan 2,1 manata, spirtsiz enerji içkilərinin hər litri üçün aksiz vergisi 3 manatdan 3,1 manatadək artırılıb.

Bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisi tutulacaq.

Qeyd edək ki, Vergilər Məcəlləsinə ümumilikdə 7 istiqamət üzrə 160-dan çox dəyişiklik olunub.

Dəyişikliklər, 2020-ci ilin yanvarın 1-dən tətbiq ediləcək. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə lider...

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...