Narkotik vasitənin təsiri altında sərnişin daşıyan avtobus sürücüsü saxlanıldı - Foto

Narkotik vasitənin təsiri altında sərnişin daşıyan avtobus sürücüsü saxlanıldı - Foto

Narkotik vasitənin təsiri altında Bakıdan Astaraya sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumat verilibş

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayon ərazisində Bakı-Astara marşrutu üzrə işləyən, Saylan şəhər sakini Ədalət Əliyevin idarə etdiyi "Temza” markalı, 10-TG-546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb. Sürücü Ədalət Əliyev tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı Ə.Əliyevin sərnişin dolu avtobusu narkotik vasitənin təsiri altında sərxoş şəkildə idarə etdiyi müəyyən olub. Astara RPŞ-yə gətirilən Ə.Əliyevin üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

24 yaşında qəzada ölən Ramazanın GÖRÜNTÜLƏRİ - VİDEO

Şabranda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovu...

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Şelburn”la cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib. ...

İranın etriazları fayda vermir - Zəngəzur dəhlizi açılacaq

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasının vacibliyini açıq şəkildə bəyan edir. Prezident Vaaqn Xaçaturyanın bu məsələyə dair son açıqlaması rəsmi İr...

Bu yolda hərəkət avqustun 24-nə kimi məhdudlaşdırılır

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.   BDYPİ-dən Sfera.az-a v...

Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı...

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1080 nikah bağlanıb.   Sfera.az xəbər v...

Müəllimlərin maaşı artdı

“2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 3...